Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:17

-

Suriyada mühasirədə olan 4 şəhərdən 500 yaralı çıxarılıb. Dekabrdan bəri ölkədə ilk böyük evakuasiya həyata keçirilib.

BMT bildirir ki, həmin şəxslərin “həyati vacib tibbi yardıma ehtiyacı olub”. Yaralılar aprelin 20-də axşam çıxarılıblar.

Onlardan 250 nəfəri Livanla sərhəd yaxınlığında yerləşən Madaya və Zabadani şəhərindən təxliyə edilib. Qalanları isə hökumətin nəzarətində olan Foah və Kafraya şəhərlərindən çıxarılıb.

Əməliyyat Suriya Qızıl Aypara Komitəsi, BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi ilə birgə aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG