Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:19

-

Meksikanın cənub-şərqində neft zavodunda güclü partlayış olub, azı 3 nəfər ölüb, 130-dan çox adam yaralanıb.

Partlayış aprelin 20-də PEMEX dövlət neft şirkətinə məxsus obyektdə baş verib.

Yaralıların 88 nəfəri hələ də xəstəxanada müalicə alır, 13-ü ağır durumdadır.

Yüzlərlə adam təxliyə olunub, məktəblər bağlanıb.

PEMEX ötən gecə yanğının nəzarətdə saxlandığını bildirib. Ancaq sakinlərə xəbərdarlıq olunub ki, mümkün zəhərlənməni önləməkdən ötrü bayıra çıxmasınlar.

Partlayışın səbəbi, hələlik, bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG