Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:21

-

Richard Aldington

"Bütün insanlar - düşməndir" (1934) romanından seçmələr

Richard Aldington

Richard Aldington

Toninin atası ona təlqin edirdi ki, Evelin qız olduğuna görə, ona güzəşt etməlidir, Toninin qadınlar haqda ali düşüncəsi isə buna imkan vermirdi. Qızlara güzəşt etmək onları özündən aşağı saymaq deməkdir. Bu barədə Toni ilə atası arasında qızğın mübahisə olurdu.

O mübahisələrdə instinktiv bərabərlik hissi ingilislərin alicənabıq maskası ilə gizlənən qadına qarşı çoxəsrlik həqarətinə bacarıqsız bir şəkildə qarşı çıxırdı; bu həqarət qadını ilk baxışdan bir pillə yuxarı qoyur, əslində isə belə "üstünlük" qadınla hesablaşmamağı nəzərdə tutur.

***

- Boşanma haqda İngiltərə qanunu qeyri-adi bir zaddır, əsas da ona görə ki, guya məntiqə əsaslanır. İngilis qanununa görə, evlilik - müqavilədir. Amma bütün başqa müqavilələrdən fərqli olaraq, qarşılıqlı anlaşmayla pozula bilməz.

Əgər hər iki tərəf müqaviləni pozmaq istəyirsə və bu haqda razılığa gəlibsə, qanun onlara icazə vermir. Axı elədə məsələ çox sadə olardı, vəkillər minlərlə funt qonorardan məhrum olardılar. Buna görə qanun hesab edir ki, mütləq tərəflərdən biri təqsirkar, o birisi zərərçəkmiş olmalıdır, xəyanətə, yalana məruz qalmalıdır. Onda zərərçəkmiş tərəf ər-arvad hüquqları haqda iddia qaldıra bilər və məhkəmə təqsirkarın özünə gəlməsi, "evliliyə qayıtması" haqda qərar çıxara bilər. Bu sarsaqlıq haqda nə fikirləşirsən?

- Qəribədi, - Keti cavab verdi, - zarafat eləyirsən?

- Yox, olanı deyirəm. Təqsirkar tərəf nikaha qayıtmadığını desə, onda müqavilə pozulmuş sayılır, təqsirsiz tərəf tərk edilmiş hesab olunur və sınmış qəlbinə məlhəm olmaq üçün pul tələb edir. Əgər təqsirkar tərəf kişi olsa, - ki, elə belə də olur, qadın nə edirsə etsin, "düzgünlük" tələb edir ki, təqsirkar tərəf kişi olsun - təqsir sübut olunmalıdır. Təqsirkar ərin yəqin ki, evlənmək üçün kimisə var, yəqin ki, xəyanəti onunla edib. Amma o qadının adı prosesdə hallana bilməz, bu, "yaxşı şey" hesab olunmur. Gərək kişi üçün bir başqa xanım tapılsın, kişi o xanımla Brayton oteldə bir gecə keçirsin, havadan-sudan danışsın, sonra bunu məhkəmə otelin şahidliyi ilə fakt kimi qeydə alsın, onda boşanma haqda qərar çıxarıla bilər.

Sonra da onlara daha altı ay vaxt verilir, onda da məhkəmənin sirli siması - Proktor onları izləyir. Əgər təqsirkar tərəf qadın olsa və kiminləsə sevişsə, sevişən kişi, ərə arvadından istifadəyə görə pul ödəməlidir. Əgər təqsirkar tərəf kişi olsa, arvadına illik gəlirinin üçdə birini verməlidir. Beləliklə, heç bir ingilis kişisinin üçdən çox arvadı olmur...

***

- Ədalətli etirazımı təhlükəli saydılar və məni üç aylıq türməyə saldılar, ha-ha-ha! Onlar mənə böyük yaxşılıq elədilər, əzizim. Heç bir kişi siyasi baxışarına görə türməyə salınmasa, kişi sayıla bilməz.

Məni türmədən buraxan kimi Şərqə yollandım ki, Birmadan Sudana qədər, müsəlman üsyanı qaldırım. Amma hakimiyyət məndən hiyləgər çıxdı, sahilə çıxmağıma imkan vermədilər. Onda mən öz pamfletimi on dörd dilə tərcümə etdirib pulsuz yaydım.

O zaman xasiyyətim tünd idi, pıqqapıq qaynayırdım, and içdim ki, daha ayağım İngiltərə torpağına dəyməyəcək.

- Amma qayıtdınız.

- Bəli qayıtdım...

Günün bütün mövzuları

XS
SM
MD
LG