Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 04:21

Atəşkəsin 120 dəfə pozulduğu deyilir


Qarabağda erməni hərbçilər.
Qarabağda erməni hərbçilər.

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan sutka ərzində atəşkəsi 120 dəfə pozub.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonundan, Noyemberyan rayonunun Dovex kəndindən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonu ərazisindəki mövqeləri və Kəmərli kəndi atəşə tutulub.

Habelə, Berd rayonunun Çinari, Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi vurulub.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərin atəşə tutulduğu açıqlanır.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Mərzili, Şuraabad, Qaraqaşlı, Yusifcanlı və Nəmirli kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Füzuli, Cəbrayıl və Goranboy rayonunun da bəzi məntəqələri atəşə tutulub.

Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

XS
SM
MD
LG