Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

-

Səudiyyə Ərəbistanı və Fars Körfəzi ölkələrində səfərdə olan ABŞ Prezidenti Barack Obama İranla gərginliyin azaldılmasına çağırıb. Məlumatı aprelin 20-də Ağ Ev yayıb.

Obama deyib ki, sünni Körfəz ölkələri ilə şiə İranı arasında “soyuq sülh”ün bərqərar olmasını istəyir. Onun sözlərincə, tərqətlərarası gərginlik azalmalı, tərəflər diqqəti daha böyük təhlükə olan İslam Dövləti (İŞİD) silahlı qruplaşması ilə mübarizəyə yönəltməlidir.

Obama Səudiyyə Kralı Salmanla görüşdə bu məsələni bırbaşa qaldırmayıb. Verilən məlumata görə, o, aydın şəkildə bildirib ki, sünni dövlətlərin İranla qonşuluğu paylaşmasını istəyir.

Prezident Kralla İranın regiondakı provokativ fəaliyyətini müzakirə edib, regional münaqişələrin həllindən ötrü inkluziv yanaşmanın vacibliyini vurğulayıb. Ağ Evin məlumatında belə deyilir.

Bu il Səudiyyə Ərəbistanıyla İranın ədavəti güclənib, neft hasilatından tutmu, futbola, regional münaqişələrə yayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG