Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:08

-

Nyu Yorkun məşhur Bruklin rayonunda yerləşən kiçik bir mədəniyyət mərkəzi ABŞ-da ilk dəfə xalis gürcü dilində kitablardan ibarət kitabxana açıb. Kitabxananın açılmasına maddi dəstək verən Gürcüstanın "Miniatura" nəşriyyatıGürcüstan Prezident Administrasiyasıdır.

Bugünlərdə həmin "The Dancing Crane" Mədəniyyət Mərkəzi (QHT) yeni kitabxanada Gürcüstanın zəngin mədəni və ədəbi irsini nümayiş etdirən sərgi keçirməkdədir. Bundan əlavə, həmin mərkəz gürcü dili, gürcü rəqsləri, gürcü milli adət-ənənəsi üzrə təhsil proqramları, kurslar keçirir.

Mərkəzin direktoru Victor Sirelson "GeorgiaToday" saytına deyir: "Mən Amerikaya gələn gürcü emiqrantların, xüsusən onların uşaqlarının bir müddət sonra yalnız ingiliscə danışdığını görürəm. O uşaqların heç biri gürcü dilində təhsil almlır. Gürcü kitabxanasının açılması buradakı gürcü emiqrantlara kömək edəcək."

Gürcüstanın tanınmış nəşriyyatları və ayrı-ayrı vətəndaşlar yeni açılmış bu kitabxanaya kitablar göndərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG