Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03

-

Aprelin 21-də Küveytdə BMT-nin vasitəçiliyi ilə Yəmən sülh danışıqları başlanır.

Məqsəd Səudiyyənin dəstəklədiyi hökumətlə İranın dəstək verdiyi husi yaraqlıları arasındakı münaqişəni həll etməkdir.

Aprelin 18-nə planlaşdırılan danışıqlar təxirə salınmışdı, husi nümayəndə heyəti Küveytə gəlməmişdi.

Aprelin 10-dan Yəməndə atəşkəs qüvvəyə minib, ancaq tərəflər bir-birini onu pozmaqda ittiham edir.

Bu münaqişədə 6 min 400-dən çox insan həlak olub, 2.8 milyon nəfər evindən didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG