Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:56

Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı


-

Aprelin 20-də prezident İlham Əliyev Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

AZƏRTAC-ın xəbərinə görə, fərman peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətə davamlı ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi daşıyır.

Prezidentin fərmanı ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi” də təsdiq edilib.

Fərmanda Nazirlər Kabinetinə Peşə Təhsili üzrə Dövlət Agentliyi Aparatının işçilərinin sayını müəyyənləşdirmək, zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etmək tapşırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG