Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:32

İntiharın qarşısı alınıb


-

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda intihara cəhdlə bağlı məlumat yayıb.

Nazirlik bildirir ki, aprelin 20-dən 21-nə keçən gecə Xətai rayonunda bir nəfərin intihar etmək məqsədi ilə yeraltı avtomobil tunelinin üzərinə çıxması barədə məlumat alıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə yollanıblar. Psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Olay saat 00:50-də müsbət sonluqla başa çatıb.

Ancaq vətəndaşın niyə özünü öldürmək istədiyi açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG