Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:55

-

Makedoniyada müxalifət bildirir ki, ölkədə siyasi böhranın həlli danışıqlarına qoşulmayacaq. Gərək hökumət seçkini ertələsin və korrupsiyada şübhəli sayılan siyasətçilərə qarşı amnistiyanı da ləğv eləsin.

Əsas müxalifət partiyası olan Sosial Demokratların (SDSM) lideri olan Zoran Zaev aprelin 20-də deyib ki, Prezident Gjorge Ivanov “amnistiya ilə bağlı utancverici qərarı ləğv etməlidir”.

Prezident aprelin 12-də korrupsiyada adı hallanan onlarla dövlət qulluqçusuna qarşı təhqiqatı dayandırıb.

Zaev-in sözlərinə görə, “demokratik, ədalətli və etibarlı seçki şərtləri yaradılmayınca” 5 iyun seçkisi təxirə salınmalıdır.

“Əks halda, SDSM aprelin 22-də Vyana görüşünə qatılmayacaq”. Həmin görüş təklifini Avropa Birliyi irəli sürüb. Hakim VMRO-DPMNE partiyası dəvəti qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG