Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

BMT-nin qaçqınlar üzrə idarəsi hesab edir ki, ötən həftə Aralıq dənizində 500-dək qaçqın ölə bilər.

Təşkilat bunun İtaliya ilə Liviya arasında baş verdiyini bildirir.

Məlumata görə, yük gəmisi aprelin 16-da həmin ərazidə onlarla miqrantı xilas edib.

Xilas edilənlər təxminən 200 nəfər olduqlarını və ötən həftə qaçaqçıların qayıqları ilə Liviyanın Tobruka şəhərindən dənizə çıxdıqlarını deyiblər.

Xilas edilən 41 nəfərdən 37-i kişi, 3-ü qadın, 1 i isə 3 yaşlı uşaqdır.

Onlar gəmi ilə Yunanıstanın Kalamata şəhərinə aparılıblar.

Onlardan 23 Somalidən, 11-i Efiopiyadan, 6-sı Misirdən, 1-i isə Sudandandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG