Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:27

-

BMT baş katibi Pan Gi Mun bu qurumun Sivilizasiyalar AlyansınınVII Qlobal Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Forum aprelin 25-dən 27-ə kimi keçiriləcək.

Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, forumda 120 ölkədən 2,5 mindən çox qonaq iştirak edəcək. Onların arasında bəzi ölkələrin dövlət başçıları da olacaq.

Hazırda Türkiyə prezidentinin və İran XİN rəhbərinin foruma gələcəyi dəqiq məlumdur.

Forumun yekunlarına əsasən Bakı bəyannaməsinin qəbulu gözlənilir.

Bu arada Ermənistan XİN bəyanatla çıxış edərək Qlobal Forum iştirakçılarını aprelin əvvəlində Bakının Qarabağdakı hərəkətlərini pisləməyə çağırıb.

Sivilizasiyalar Alyansı 2005-ci ildə İspaniya və Türkiyə baş nazirlərinin təşəbbüsü ilə yaradılan hərəkatdır. Dünyada qütbləşmənin qarşısının alınması məqsədilə yaradılan hərəkat “BMT baş katibinin siyasi təşəbbüsü” statusuna malikdir. Alyans həm hökumətlərarası, həm də ictimai səviyyədə mədəniyyətlərarası dialoq və əməkdaşlığın dəstəklənməsini qarşıya məqsəd qoyur.

Günün bütün mövzuları

XS
SM
MD
LG