Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:27

-

Bu ilin ilk 3 ayında ölkədə 21 partlayış baş verib. Partlayışlar zamanı 1 nəfər ölüb, 23 nəfər xəsarət alıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin rüblük hesabatında bildirilir.

Hesabatda bildirilir ki, ilk 3 ayda yanğınlarla bağlı 1601 çağırış olub. Yanğınlarda 17 nəfər həlak olub, 29 nəfər xəsarət alıb. Ötən ilin birinci rübü ilə müqayisədə yanğından həlak olanlar 1 nəfər çox olub. Xəsarət alanların sayı isə azalıb.

Nazirlik yanğınların söndürülməsi zamanı 1 nəfərin xilas edildiyini, 262 nəfərinsə təhlükəsiz ərazilərə təxliyə olunduğunu bildirir.

Birinci rübdə 1644 təbii və texnogen mənşəli hadisələr baş verib. Belə hadisələr 17 faiz artıb. Təbii və texnogen mənşəli hadisələrdə 19 nəfər həlak olub, 56 nəfər isə xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG