Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:37

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova istintaqda dindirilməlidir."

170 min dollarlıq dələduzluğa məruz qaldığını iddia edən Eynur Kərimovun vəkili Kamandar Nəsibov bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə vəsatət verib. Vəkil bu haqda “Report”-a danışıb.

Vəkil komitə sədrinin dindirilməsini və əlavə istintaq hərəkətlərinin aparılmasını istəyib.

“Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vəsatəti təmin etmədi. İdarə indiki mərhələdə Hicran Hüseynovanın dindirilməsini əsasız hesab etdi ” - deyə vəkil bildirib.

Sözügedən işdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov ittiham olunur.

Eynur Kərimov S.İmanovun icra başçısının müavini vəzifəsinə düzəltmək adı ilə ondan 170 min ABŞ dollar aldığını iddia edir. S. İmanovun mülklərini satıb Bakı-İstanbul reysi ilə ölkəni tərk etdiyi bildirilir. E. Kərimovun vəkil mətbuata açıqlamasında rüşvət qalmaqalında komitə sədri H. Hüseynovanın adını da hallandırmışdı.

Ancaq komitə sədri bir müddət öncə rüşvətlə bağlı iddiaları yalanlamışdı. Hicran Hüseynova deyirdi ki, bu məsələdə adının hallanması, ona böhtan atmaqdır.

Dələduzluqda ittiham olunan S. İmanov və ya onun yaxınları qalmaqalla bağlı, hələlik, heç bir açıqlama verməyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG