Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:54

-

Dövlət Neft Fondunun bu ilin ilk rübündəki büdcə gəlirləri 2 023 milyon manat təşkil edib. Xərclər isə 1 946 milyon manat olub. Bu haqda fondun ictimaiyyətlə əlaqələr bölməsi xəbər verir.

Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 1 874 milyon manat olub. Mənfəət nefti və qazının satışından da 1 869 milyon manat əldə edilib. Habelə, bonus ödənişləri 0,1 milyon, tranzit gəlirləri isə 4,4 milyon manat təşkil edib.

İlk rübdə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 148 milyon manata bərabər olub.

Fond valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqdən də xeyli gəlir əldə edib. İctimaiyyətlə əlaqələr bölməsi həmin büdcədənkənar gəlirin 354 milyon manat təşkil etdiyini bildirir.

İlk rübdə fond 1 660 milyon manat vəsaiti büdcəyə transfer edib. Qaçqın və məcburi köçkün ailələrinin tıminatına 26,5 milyon, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına isə 6,3 milyon manat ayrılıb.

Fond "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə də 2,4 milyon manat vəsait ayırıb.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 5, "Cənub Qaz Dəhlizi" layihəsinə 241,9 milyon manat yönəldilib.

Fondun idarə edilməsi xərcləri 4,6 milyon manata bərabər olub.

İctimaiyyətlə əlaqələr bölməsi həmçinin, fondun aktivlərinin artdığını bildirir. 2016-cı ilin əvvəlinə olan göstəricilərlə müqayisədə aktivlər 2 faiz artıb.
2016-cı il aprelin 1-də 33 574,1 mln. olan bu vəsait hazırda 34 246,0 mln. ABŞ dollarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG