Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:23

-

Son hərbi əməliyyatlar zamanı həlak olan Ermənistan hərbçisinin meyiti aprelin 20-də qarşı tərəfə verilib.

Həmin meyit aprelin 11-də Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı tapılmışdı.

Bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verir.

Komissiya prosesin insidentsiz keçdiyini bildirir. Proses Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.

Aprelin 19-də isə bir Azərbaycan hərbiçisinin meyiti geri qaytarılmışdı.

Bundan əvvəl - aprelin 8-i, 9-u, 10-da tərəflər Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə döyüş meydanından meyitlərin çıxarılmasına başlamışdılar.

Ancaq həmin günlərdə neçə Azərbaycan hərbiçisinin meyitinin geri qaytarıldığı açıqlanmamışdı.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG