Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:55

Yapoiyanın baş naziri Shinzo Abe mayın 6-da Rusiyanın Soçi şəhərinə səfər edəcək.

Bunu aprelin 20-də Rusiya prezidenti Vladimir Putin deyib.

O bildirib ki, bu işgüzar səfər qarşılıqlı xeyir və maraq əsasında ikitərəfli əlaqələrin genişlənməsinə səbəb olacaq.

Putin qeyd edib ki, Yaponiya ilə çoxsahəli dialoqun inkişafı ölkənin qarşısında duran əsas məsələlərdən biridir.

Səfər Böyük 7-lər ölkələrinin mayın sonunda Yaponiyada keçiriləcək sammiti ərəfəsinə təsadüf edir.

Qeyd edək ki, Kuril adalarına görə Rusiya ilə Yaponiya arasında mübahisə var.

Rusiya bu adaları ikinci dünya müharibəsinin sonunda zəbt edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG