Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:22

-

Binəqədidəki yaşayış binasında baş verən yanğınla bağlı saxlanan şəxslərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, hazırda təqsirləndirilən şəxslərin vəkilləri cinayət işinin materialları ilə tanış olur. Yaxın günlərdə cinayət işinin məhkəməyə göndəriləcəyi bildirilir.

Ötə ilin mayında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın baş vermişdi. Yanğında 15 nəfər ölmüş, 50-dən artıq sakin xəsarət almışdı.

Yanğına əsas səbəb binaya çəkilmiş penoplast üzlüklər göstərilirdi. Həmin üzlükləri istehsal edən «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, «Global Construction» MMC-nin sədr müavini Ələkbər Əsgərov, rayonun icra hakimiyyətinin işçiləri və JEK müdiri Nizami Orucov həbs olunublar.

Onlar Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG