Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:08

-

Bakıdakı «Şəhidlər» məscidində təmir işləri başa çatıb.

Məscidə Qafqaz Müsəlmanları İdarəsi imam və axund təyin edib.

Adının çəkilməsini istəməyən mənbə «Turan»a deyib ki, məsciddə camaat və cümə namazlarının qılınması, azan verilməsi, hələlik, nəzərdə tutulmur.

«Amma fərdi qaydada kim istərsə, məscidi ziyarət edə və namaz qıla bilər. Məscidin səhər saat 9-dan axşam saat 18.00-dək açıq olması nəzərdə tutulur»,- deyə o qeyd edib.

Ancaq Qafqaz Müsəlmanlar İdarəsindən APA-ya bildiriblər ki, məsciddə təmir işləri tam bitməyib. Məscidə, hələlik, kütləvi ibadətlər keçirmək mümkün deyil. Üstəlik, qurumdan məscidə imam və axundun da hələ təyin edilmədiyi bildirilib.

«Şəhidlər» məscidi 1993-cü ildə Türkiyə Diyanət Başqanlığının dəstəyi ilə tikilərək istifadəyə verilib.

2009-cu ildə Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı müzakirələrdən sonra məscid təmir adı ilə bağlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG