Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:33

-

Bu gün Azərbaycanın xalq artisti, mərhum gülüş ustası Nəsibə Zeynalovanın 100 yaşı tamam olur.

N. Zeynalova 1916-cı il aprelin 20-də Azərbaycan milli realist aktyor məktəbinin banilərindən biri Cahangir Zeynalovun ailəsində anadan olub.

1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1934-cü ildən mövsümi fəaliyyət göstərən səyyar “Kolxoz və Sovxoz Teatrı”nda aktrisa işləməyə başlayıb.

1938-ci ildə yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq, aktyorluq təhsili alıb.

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan N. Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.

Aktrisa daha çox, Sabir Rəhmanın “Qaynana” tamaşasındakı qaynana obrazı ilə məşhurlaşıb. O, “Qaynana” , “Ögey ana” və “Bəyin oğurlanması” kimi filmlərə də çəkilib.
Nəsibə Zeynalova 2004-cü il martın 10-da 87 yaşında vəfat edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG