Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:45

Həmsədrlər hesabat təqdim edəcəklər


Həmsədrlər James Warlick (solda), Igor Popov (ortada) və Pierre Andrieu Yerevanda, 9 aprel, 2016-cı il

Həmsədrlər James Warlick (solda), Igor Popov (ortada) və Pierre Andrieu Yerevanda, 9 aprel, 2016-cı il

-

ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 20-də Berlində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər. “APA” informasiya agentliyi bu xəbəri amerikalı həmsədr James Warlick-in “Twitter” səhifəsində paylaşdığını bildirir.

“Aprelin 20-də Minsk Qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı vəziyyət və davam edən hərbi fəaliyyət barədə hesabat təqdim edəcəklər”, - deyə Warlick qeyd edib.

O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi hazırda ATƏT-ə sədrlik edən Almaniya ilə keçiriləcək danışıqlarda müzakirə olunacaq.

1992-ci ildən Qarabağ problemi ATƏT-in Minsk Qrupunun patronajlığı altındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG