Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:17

-

Ekvadorda hələ də zəlzələ dağıntıları altında qalanların axtarışı davam edir. 2 minə qədər insanın itkin düşdüyü bildirilir.

Aprelin 19-da verilən məlumata görə, 7.8 ballıq zəlzələdən 507 nəfər həlak olub, minlərlə yaralı var.

Son üç gün ərzində dağıntılar altından çıxarılanlar olub. Yerli sakinlər xilasetmə işlərindən narazıdırlar.

Luis Felipe Navarro adlı bir sakin Frans Press agentliyinə deyib ki, onun telefonuna mesaj gəlib. Dağılmış bir binanın altında ancaq bir boşluqda 10 nəfərin qaldığı bildirilib.

Digər ölkələrin xilasetmə briqadaları da Ekvadorun köməyinə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG