Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56

-

Britaniyanın 341-ci xalq şairi (daha doğrusu, "poet laureat"ı) Carol Ann Duffy 2009-cu ildə bu vəzifəyə seçiləndən sonra cürbəcür mədəni və siyasi mövzulara şeir həsr etməli olub: iqlim dəyişikliyi, bank-maliyyə böhranı, Əfqanıstan müharibəsi, David Beckham-ın Dünya Kubokunda oynaya bilməməsi münasibətilə "Axilles" şeiri...

Carol Ann Duffy deyib ki, onun "şair-laureat" kimi növbəti işi Britaniya evlərində 100 il xidmət etmiş "fırlanan" qaz və elektrik sayğaclarının dövlət səviyyəsində yola salınmasını şeirlə qeyd etməkdir. Hökumət 2020-ci ilə qədər onları yeni modern ağıllı sayğaclarla əvəzləməyi planlaşdırır.

Bu münasibətlə mətbuatda onun sayğaclarla cürbəcür şəkilləri də çıxıb.

Şair deyib ki, sayğaclar haqda şeiri yayda çap olunacaq və bu, onun ən qeyri-adi layihəsi olacaq.

Britaniyanın "Smart Enerji" şirkətinin baş icraçısı Sacha Deshmukh isə deyib: "Britaniyada milli əhəmiyyətli məqamları poeziya ilə qeyd etmək ənənəsi var. Bizim milli şair-laureatımız kimi Carol Ann Duffy ənənəvi sayğacların əhəmiyyəti, onların yeni ağıllı sayğaclarla əvəzlənməsi hadisəsi haqda yaza biləcək ən uyğun şairdir...”

Bundan əvvəl, ötən ilin noyabr ayında Britaniyanın Royal Filarmoniya Orkestri "Sayğaclara rekviyem" ifa etmişdi, bu, qaz və elektrik sayğaclarından düzəldilmiş musiqi alətlərinin ifa etdiyi üç dəqiqəlik parça idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG