Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:45

Rusiyada həbsdə olan ukraynalı pilot Nadia Savchenko aclığı dayandırıb.

Bu Ukrayna prezidenti Poroshenko, Ali Radanın sədr müavini Gerashenko, anası və bacısının zəngindən sonra olub.

Vira, Mariia və Poroshenko

Vira, Mariia və Poroshenko

Bu barədə AzadlıqRadiosunun rus xidmətinə Savchenkonun vəkili İlya Novikov məlumat verib.

Vəkilin sözlərinə görə ukraynalı hüquqşünaslar aprelin 18-də Ukraynada həbs cəzasına məhkum edilən Rusiya vətəndaşları Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevin Savchenko ilə dəyişdirilməsinin bütün variantlarını müzakirə ediblər.

Poroshenko Savcheko ilə telefon söhbətində artıq mübadilə prosesinə başlandığını bildirib və bundan sonra o aclığı dayandırıb.

Amma mübadilənin neçə olacağı barədə hələlik tam məlumat verilmir.

Qeyd edək ki, Rusiya məhkəməsi 2016-cı il martın 22-də Savchenkonu 22 il azadlıqdan məhrum edib.

O 2014-cü ilin yayında Luqansk ətrafında iki Rusiya jurnalistinin ölümündə əli olmaqda, onların yerini deməkdə ittiham olunur.

Savchenko ittihamı rədd edir və rusiyapərəst separatçılar tərəfindən oğurlanaraq Rusiyaya aparıldığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG