Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:37

Deputat oğlunun məhkəməsində telefon söhbəti


Elmira Axundova
Elmira Axundova

►Vəkil bildirib ki, təhqir və böhtan xarakterli mesajın göndərildiyi telefon nömrəsi Həbib Axundova məxsus deyil, qarşı tərəf həmin nömrənin onun istifadəsində olduğunu sübut etməlidir

Deputat Elmira Axundova və oğlu Həbib Axundovla onlardan şikayətçi olan bir qrup vətəndaş arasında məhkəmə çəkişməsi davam edir.

Deputat və oğlunun hər birindən 600 min manat kompensasiya tələb edən iddiaçılar onların böhtan və təhqirə görə cəzalandırılmasını istəyir.

“NÖMRƏ HƏBİB AXUNDOVA MƏXSUS DEYİL”

Elmira Axundovaya qarşı iddianın səbəbi onun "Üç nöqtə" qəzetində dərc olunmuş müsahibəsidir. Oğlu Həbib Axundov isə “WhatsApp” mesajına görə məhkəməyə verilib. Həbib Axundovun onlardan külli miqdarda pul alıb qaytarmadığını iddia edən şikayətçilər məhkəməyə təqdim etdikləri ərizədə göstəriblər ki, sözügedən “Whatsapp” mesajında Axundov onları təhqir edib. İddiaçılardan Ziya Vəliyevə göndərilən mesajda belə yazılıb.

Deputat və oğluna qarşı iddiaya Yasamal Rayon Məhkəməsində hakim Zəfər Quliyev baxır.

Aprelin 19-da keçirilən məhkəmə iclasında Həbib Axundovun nümayəndəsi Afət Qazıyeva bildirib ki, təhqir və böhtan xarakterli mesajın göndərildiyi telefon nömrəsi Həbib Axundova məxsus deyil. Vəkil qeyd edib ki, qarşı tərəf həmin nömrənin onun istifadəsində olduğunu sübut etməlidir.

İddiaçıların nümayəndəsi Tahir Əlirzayev isə qeyd edib ki, Həbib Axundov iddiaçılarla dəfələrlə məhz həmin nömrə ilə əlaqə saxlayıb. Vəkil bu məsələni "Azercell"lə dəqiqləşdirməyin vacib olduğunu deyib.

___________________________________________________________

Bunlara da bax:
Cəbhə xətti - Talış kəndindən yeni görüntülər
Azərbaycanlılar sərhəddə 12 kilo qızılla tutuldular

___________________________________________________________

““AZERCELL” ÜÇÜNCÜ TƏRƏF KİMİ CƏLB OLUNSUN”

"Qanunda göstərilib ki, tərəflərin sorğularına cavab verilməsə, məhkəmə öz səlahiyyətlərindən yararlanıb, həqiqətin üzə çıxarılması üçün bu məsələdə onlara yardım etməlidir. Xahiş edirik, ya "Azercell" üçüncü tərəf kimi prosesə cəlb olunsun, ya da şirkətə sorğu göndərilsin", - deyə vəkil vəsatət qaldırıb.

Lakin hakim vəsatəti təmin etməyib. Bu qərar da qalmaqala səbəb olub. İddiaçılar və nümayəndə məhkəmənin bu işə obyektiv və ədalətli yanaşmadığını vurğulayaraq, hakim Zəfər Quliyevə etiraz vermək qərarına gəlib. Tahir Əlirzayev etirazı hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 21-də davam edəcək.

Xatırladaq ki, bir qrup şəxs Həbib Axundov tərəfindən aldadıldıqlarını iddia edir. Bununla əlaqədar Bakı şəhər Baş Polis İdarəsində araşdırmalar aparılır. Elmira Axundova isə bildirir ki, həmin şəxslər pulu Həbib Axundova yox, Elnur İbrahimova veriblər, onun da barəsində axtarış elan olunub.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Lavrov yenə Qarabağa görə gəlir, bu dəfə nə gətirir?
Azərbaycan nə istehsal etməlidir ki, iqtisadiyyat dirçəlsin?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Əliyevlər "Panama Papers"də.... (DETALLAR, VİDEO)
XS
SM
MD
LG