Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:25

-

Azərbaycan Müdafiə Nazirliyi aprelin 19-unda yeni məlumat yayıb. Nazirliyin mətbuat xidmətinin məlumatında Ermənistan tərəfinin Azərbaycana məxsus tankın vurulması barədə yaydığı məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan əldə olunmuş razılığa ciddi şəkildə əməl edir: “Azərbaycana məxsus tanklar, o cümlədən digər döyüş texnikası qoşunların təmas xəttinə çıxarılmayıb. Biz birmənalı şəkildə bildiririk ki, yayılmış fotoda görünən tank onların tankıdır”.

Məlumatda həmçinin qeyd edilir ki, Ermənistan tərəfi belə yalanlar yaymaqla ruhdan düşmüş əsgərində yenidən ruh yüksəkliyi yaratmaq istəyirlər.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun Radio proqramında

Lavrov yenə Qarabağa görə gəlir, bu dəfə nə gətirir?
Azərbaycan nə istehsal etməlidir ki, iqtisadiyyat dirçəlsin?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

Əliyevlər "Panama Papers"də.... (DETALLAR, VİDEO)

Günün bütün mövzuları

XS
SM
MD
LG