Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:02

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayışda azı 28 nəfər ölüb, 300-dən çox adam yaralanıb.

Bu barədə aprelin 19-da daxili işlər nazirliyinin sözçüsü Sediq Sediqqi məlumat verib.

İntiharçı təhlükəsizlik xidmətinin binası qarşısında minalanmış maşını partladıb, bundan sonra yaraqlılar hücum edib.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Kabilin polis rəisi Abdul Rahman ölənlərin əksəriyyətinin mülki sakinlər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG