Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:11

XİN Sarqsyanın Qarabağa səfərini pisləyib


-

“Serj Sarqsyanın Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır və yalnız gərginliyin kəskinləşməsinə xidmət edir ”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Ermənistan rəhbərliyi bu cür addımlarla bir daha beynəlxalq hüquq və normaları pozur. Bu, bir daha göstərir ki, aprelin 2-dən qoşunların təmas xəttində vəziyyətin eskalasiyasının arxasında məhz rəsmi Yerevan durur”- deyə XİN sözçüsü qeyd edib.

H. Hacıyev deyib ki, bu hal, regionda sülhə və sabitliyə təhlükədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG