Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:23

-

Azərbaycan tərəfi döyüş meydanında müəyyən etdiyi Ermənistan hərbçisinin meyitini aprelin 20-də qarşı tərəfə verəcək. Bu haqda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytı xəbər verir.

“Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbçisinin meyiti aprelin 11-də axtarış zamanı tapılıb. Aidiyyəti dövlət qurumları hərbçinin nəşinin aprelin 20-də, saat 15.00-da qarşı tərəfə verilməsi barədə qərar qəbul edib”-deyə açıqlamada qeyd edilir.

Komissiya prosesin həyata keçirilməsində humanitar vasitəçi qismində iştirak etmək və qarşı tərəfi məlumatlandırmaq məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib.

Aprelin 19-də isə bir Azərbaycan hərbiçisinin meyiti geri qaytarılmışdı.

Bundan əvvəl - aprelin 8-i, 9-u, 10-da tərəflər Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə döyüş meydanından meyitlərin çıxarılmasına başlamışdılar.

Ancaq həmin günlərdə neçə Azərbaycan hərbiçisinin meyitinin geri qaytarıldığı açıqlanmamışdı.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG