Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Kürdəxanı təcridxanasını su basa bilər


Kürdəxanı təcridxanası
Kürdəxanı təcridxanası

-

Bakı İstintaq Təcridxanasını su basa bilər. Səbəb təcridxananın yaxınlığındakı Zabrat gölündə suyun səviyyəsinin sürətlə qalxmasıdır.

Hazırda gölün suyu getdikcə təcridxanaya və ərazidəki yaşayış evlərinə yaxınlaşır. Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Ə.Piriyev APA-ya deyib ki, gölün kənarında xeyli uçqunlar baş verib: «Artıq yaşayış evlərinin zirzəmiləri su ilə dolub. Məsələ ilə əlaqədar aidiyyəti qurumlara arayış hazırlanır».

Baş geoloqun bildirməsinə görə, Zabrat gölündə suyun səviyyəsinin qalxması Bakı İstintaq Təcridxanasına gedən magistral yola, eyni zamanda ərazidən keçən kommunikasiya xətlərinə problem yaradıb.

«Magistral yola ziyan dəyib. Ərazidəki rabitə və elektrik xətləri suyun içindədir», - baş geoloq bildirib.

Ə.Piriyev qeyd edib ki, baş verənlərə səbəb gölə ərazidəki yaşayış evlərindən çirkab sularının axıdılması və qrunt sularının yer səthinə qalxmasıdır.

«Yerli əhalinin sözlərinə görə, sovet vaxtı ərazidə suötürücü kanal olub. Həmin kanalı kimlərsə doldurandan sonra göldə suyun səviyyəsi qalxmağa başlayıb», - deyə Ə.Piriyev bildirib.

XS
SM
MD
LG