Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

-

Dağlıq Qarabağda aprelin əvvəlində baş verən döyüşlərdə itkin düşmüş azərbaycanlı hərbi qulluqçunun meyiti tapılıb.

Bu haqda Müdafiə Nazirliyi xəbər verir.

Xəbərə görə, hərbçinin meyiti aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş meydanında aparılan axtarış zamanı müəyyən edilib.

Nazirlik bildirir ki, cəsədi Ermənistan tərəfi bir müddət özündə saxlayıb.

«Erməni tərəfi həmin meyiti əvvəlcədən taparaq götürüb, bəlli olmayan səbəblərdən özündə saxlayıb. Bu barədə nə vasitəçilərə, nə də Azərbaycan tərəfinə rəsmi heç bir məlumat verməyib. Aprelin 19-da axtarışların bərpa ediləcəyi barədə rəsmi məlumat yayıldıqdan dərhal sonra erməni tərəfi meyiti əvvəllər axtarışlar aparılan əraziyə atıb», - deyə nazirliyin məlumatında bildirilir.

Nazirlik hazırda hərbi qulluqçunun ölümünün baş vermə şəraiti, səbəbi, vaxtı və meyitin üzərində hər hansı işgəncə əlamətlərinin olub-olmamasını araşdırır.

Bundan əvvəl - aprelin 8-i və 9-da tərəflər Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə döyüş meydanından meyitlərin çıxarılmasına başlamışdılar.

Aprelin 17-də Azərbaycan ordusunun həmən bu hərbçisinin meyitinin qaytarılması prosesi baş tutmamışdı.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

XS
SM
MD
LG