Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:00

Almaniyadakı “Pegida” hərəkatının banisi aprelin 19-da Drezdendə məhkəmə qarşısına çıxarılmalıdır.

Miqrantlara və “Avropanın islamlaşması”na qarşı çıxan Luts Baxman (Lutz Bachmann) sosial şəbəkələrdəki yazılar ilə ictimai asaişi pozmaqda ittiham olunur.

Məhkəmənin qənaətinə görə antiislamçı mövqei ilə tanınan hərəkatın lideri müraciətlərində insan ləyaqətini alçaldan terminlər işlədir.

Əgər günahkar bilinsə 43 yaşlı Baxmanı 5 ilədək həbs cəzası gözləyir.

“Pegida” hərəkatı Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətinə qarşıdır.

Təkcə 2015-ci ildə Almaniya 1 milyondan çox qaçqın gəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG