Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:32

-

Aprelin 19-da Taliban yaraqlıları Kabildə əsas təhlükəsizlik agentliyinin binasına hücum edib, azı 20 nəfər həlak olub, 300-dən çox adam yaralanıb.

Səhər nəqliyyatın pik vaxtında minalanmış maşın partladılıb, daha sonra silahlılar hücuma keçib.

Hücuma məruz qalan Milli Təhlükəsizlik Direktorluğunun binasıdır. Bu idarə hökumət rəsmilərinin mühafizəsinə cavabdehdir.

Ölənlər içində dinc sakinlər və təhlükəsizlik əməkdaşları var.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb. Bir həftə öncə yaraqlı qruplaşma bahar hücumuna başladığını elan etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG