Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:32

Akademik Milli Dram Teatrı Türkiyəyə yollandı


«Teleskop»
«Teleskop»

-

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Beynəlxalq Teatr Festivalında iştirak etmək üçün Türkiyəyə yollanıb.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, Bursa şəhər Nilufər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 5-ci Beynəlxalq Teatr Festivalında kollektiv yazıçı Elçinin «Teleskop» pyesi əsasında hazırlanan eyniadlı, ikihissəli tragikomediya ilə çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Rusiyanın xalq artisti Eduard Koçerqin, geyim rəssamı Anna Koçerqina, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşçusu Zakir Ağayev və Yelena Ağayevadır.

Səhnə əsərində Rafiq Əzimov, Hacı İsmayılov, Füzuli Hüseynov, Kazım Abdullayev, Əjdər Həmidov, Sabir Məmmədov, Elxan Quliyev, Hicran Nəsirova, Aslan Şirinov, Münəvvər Əliyeva, Şəlalə Şahvələdqızı, aktyorlar Vüsal Mustafayev, Elnar Qarayev, İlahə Həsənova, Dilarə Nəzərova, Rəşad Bəxtiyarov, Nigar Güləhmədova, Rada Nəsibova, Elnur Qədirov, Məhsəti Tahirzadə və Şəhla İsmayılova çıxış edir.

Kollektiv «Teleskop» tamaşasını aprelin 19-u və 20-də nümayiş etdirəcək.

«Yaşasın teatr, yaşasın sülh» devizi altında keçirilən Bursa Beynəlxalq Teatr Festivalı Türkiyənin ən nüfuzlu festivallarından sayılır.

Hər il dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Gürcüstan, Polşa, Estoniya və başqa ölkələrdən teatr kollektivləri festivala qatılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG