Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:35

Z.Mustafayevin şikayəti təmin edilmədi


Foto arxiv
Foto arxiv

-

Bakı Apellyasiya Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan Zakir Mustafayevin şikayətinə baxılıb.

O, həbsinin uzadılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.

«Report»un xəbərinə görə, iclasda Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Ötən ay Nəsimi rayon Məhkəməsi Z.Mustafayevin həbsini daha 4 ay uzatmışdı.

Keçən il noyabrın 26-da güc orqanları Nardaranda xüsusi əməliyyat keçirmişdilər. Əməliyyat zamanı ikisi polis olmaqla 7 nəfər həlak olunmuşdu. Həmin gün və sonradan bir sıra həbslər olmuşdu.

Baş prokuror Zakir Qaralov bildirmişdi ki, bu məsələ ilə bağlı hazırda ümumilikdə 68 nəfər həbsdədir. Onlar Cinayət Məcəlləsinin terror, dövlətə xəyanət və başqa ağır maddələri ilə ittiham edilirlər.

XS
SM
MD
LG