Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:47

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 121 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Paravakar, Berkaber, Noyemberyan rayonunun isə Voskevan, Dovex kəndlərindəki mövqelərindən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Quşçu Ayrım və Kəmərli kəndləri atəşə tutulub.

Habelə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli və Koxanəbi kəndlərinin də vurulduğu deyilir.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin atəşə tutulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirli və Şuraabad kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonunun da bəzi məntəqələri atəşə tutulub.

Müdafiə Nazirliyin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG