Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:43

-

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Barack Obama Suriyadakı durumu müzakirə edib, ikitərəfli koordinasiyanı artırmağa razılaşıblar.

Kremlin məlumatına görə, prezidentlər aprelin 18-də telefon söhbəti ediblər. “Liderlər Suriyadakı vəziyyəti detallı müzakirə edib, özəlliklə, Rusiya və ABŞ-ın təşəbbüsü ilə başladılmış atəşkəsi gücləndirmək niyyətlərini vurğulayıblar”.

Putin mötədil müxalifəti İslam Dövləti silahlı qruplaşmasından və Al-Nusra Cəbhəsindən uzaq tutmağın, eləcə də Türkiyədən Suriyaya döyüşçü və silah axınını önləməyin vacibliyini vurğulayıb.

Prezidentlər Ukrayna məsələsindən də danışıblar. Putin ümidvar olduğunu bildirib ki, Ukraynanın yeni hökuməti “Minsk sazişinin icrasına doğru konkret addımlar atmağa başlayacaq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG