Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23

-

Rusiya İstintaq Komitəsinin rəhbəri Birləşmiş Ştatların “destruktiv” təsirini önləməkdən ötrü insan haqlarını məhdudlaşdırmağa çağırır.

Aleksandr Bastrykin aprelin 18-də “Kommersant Vlast” qəzetində yazıb ki, Rusiya “ABŞ və müttəfiqlərinin başlatdığı hibrid müharibəylə” mübarizə aparır və “açıq qarşıdurma” mərhələsinə girib.

Bastrykin Birləşmiş Ştatları müxalifət partiyalarını maliyyələşdirməkdə, Dağlıq Qarabağ bölgəsində son qarşıdurmanı qızışdırmaqda, Yaxın Şərqdə sabitsizlik yaratmaq cəhdlərində ittiham edib.

İstintaq Komitəsinin rəhbəri həmçinin “tarixi faktlara söykənən informasiyanın saxtalaşdırılması”nı pisləyib, Rusiyanın 2014-cü ildə Krımı anneksiyasına dair tənqidi qadağan etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG