Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:15

25 rayonda barama yetişdiriləcək


-

Uzun illərin fasiləsindən sonra bu il Qax Damazlıq İpəkçilik Stansiyasında yenidən barama qurdunun yetişdirilməsinə başlanılıb. Bu barədə AZƏRTAC xəbər yayıb.

Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, aprelin 14-də İran İslam Respublikasından tədarük edilmiş 750 qutu barama toxumu inkubasiyaya qoyulub. Aprel 20-də isə Çindən gətirilmiş daha 750 qutu barama toxumu stansiyada inkubasiyaya qoyulacaq. İnkubasiya nəticəsində əldə olunacaq barama qurdları aprelin 27-dən 29-na və mayın 5-dən 7-nə kimi bəslənilməsi üçün 25 rayonun kümçülərinə ödənişsiz paylanılacaq.

Müəssisə rəhbərinin dediyinə görə, 1 qutu toxumdan 19 qram barama qurdu əldə olunur. Yaxşı bəslənilərsə, 1 qutudan 50 kiloqram yaş barama istehsal etmək mümkündür. Bu il Azərbaycanda 75 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır.

İstehsalçılara yetişdirdikləri yaş baramanın hər kiloqramı üçün 8 manat ödənilməsi nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG