Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:26

Ukraynada iki rusiyalı məhkum edildi


Yevgeny Yerofeyev (solda) və Aleksandr Aleksandrov

Yevgeny Yerofeyev (solda) və Aleksandr Aleksandrov

-

Ukrayna məhkəməsi iki rusiyalını 14 illik həbs cəzasına məhkum edib. Onlar Ukraynanın şərqində separatçılarla birgə savaşmaqda ittiham olunublar.

Aleksandr Aleksandrov və Yevgeny Yerofeyev-ə cəza aprelin 18-də kəsilib. Kremlin məlumatına görə, bundan dərhal sonra Ukrayna və Rusiya prezidentləri telefonla iki rusiyalının və ukraynalı pilot Nadia Savchenko-nun taleyini müzakirə ediblər. Pilota Rusiyada 22 illik cəza kəsilib.

Bəzi müşahidəçilərin fikrincə, rusiyalıların məhkum edilməsi məhbus mübadiləsinə yol aça bilər. Poroshenko daha öncə Savchenko-nun həmin rusiyalılara dəyişdirilməsi təklifilə çıxış etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG