Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:41

-

“Hökumətin bir qədər əvvəl başladığı sosial evlər təşəbbüsü dövlət xətti ilə ipoteka kreditlərinin verilməsinə mane olmayacaq ”

Yaxın vaxtlarda Azərbaycanda ipoteka kreditlərinin verilməsində dəyişikliklərə başlanacaq. Mərkəzi Bankı yanında İpoteka Fondunun açıq səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı işlər artıq başa çatıb. Bu haqda Fins.az-a Nazirlər Kabinetindən məlumat veriblər.

Məlumatda bildirilir ki, bunun üçün lazımi sənədləşdirmə işləri aparılıb, müvafiq rəylər alınıb, prosedurlar yerinə yetirilib. İpoteka Fondu yeni statusda tezliklə fəaliyyətə başlayacaq.

“Hökumətin bir qədər əvvəl başladığı sosial evlər təşəbbüsü dövlət xətti ilə ipoteka kreditlərinin verilməsinə mane olmayacaq. Sosial evlər layihəsi ilə ipoteka proqramı arasında heç bir bağlılıq yoxdur. Bu tədbirlər ayrı-ayrılıqda həyata keçiriləcək “ - deyə Nazirlər Kabinetindən bildiriblər.

Ölkə başçısı ötən ilin oktyabrında Azərbaycan İpoteka Fondu ASC-nin yaradılması ilə bağlı fərman imzalayıb. Fərmanda Fondun hüquqi təşkilati formasının dəyişdirilməsi ilə yanaşı, ipoteka kreditlərinin şərtlərinə yenidən baxılması və dəyişdirilməsi də nəzərdə tutulub.

Sənədə əsasən, dəyişikliklərdən sonra ipoteka kreditləri ilə bahalı evlər almaq mümkün olmayacaq. ASC-nin vəsaiti ilə yalnız o evlər alınacaq ki, onların bir kvadratmetrinin qiyməti ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmasın.

Hazırda isə ipoteka kreditlərinin verilməsi dayanıb.

Azərbaycan İpoteka Fondu (AİF) bu il martın 15-dək 730 milyon 608 min 420 manat ipoteka krediti vermişdi.

Fond bildirirdi ki, ümumilikdə 17 min 993 nəfər kredit götürüb.

AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG