Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:04

3 aya 37 min yeni iş yeri açılıb?


-

2016-cı ilin birinci rübündə qeyri-neft sənayesi, kənd təsərrüfatı və eləcə də orta aylıq əmək haqqında artım davam edib. 37 min yeni iş yeri yaradılıb.
İqtisadiyyat naziri Şahin Mustafayev aprelin 18-də nazirlikdə keçirilən müşavirədə belə deyib. Bu haqda nazirlik məlumat yayıb.

Nazir bildirib ki, Sumqayıt Kimya Sənayesində, Neftçala Sənaye Məhəlləsində, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarında işlər davam etdirilməkdədir.

“3-ü bu ilin birinci rübündə olmaqla, 7 şirkətə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Bu rezidentlərin layihәlәri əsasında cəlb olunan investisiyaların həcmi 1,1 milyard dollar tәşkil edəcək. Eyni zamanda bu yaxınlarda daha bir neçə şirkətin rezidentliyə qəbul edilməsi məsələsinə baxılacaq” - deyən nazir pambıqçılığın, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə işlərinin aparıldığını qeyd edib.

Müşavirədə “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi ilə bağlı layihələrinin hazırlandığı açıqlanıb.

Prezident İlham Əliyev də bu günlərdə ilin birinci rübünün yekunları ilə bağlı Nazirlər Kabinetinin toplantısında 37 min iş yerinin açılmasında danışmışdı. Ancaq hakimiyyətin oponentləri bu rəqəmə ciddi şəkildə şübhə edirlər. Üstəlik, onlar deyirlər ki, hökumət açılan iş yerlərindən, danışır, bağlanan müəssisələr isə açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG