Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:58

-

Kamal İltifat oğlu Həsənov Cəbrayıl rayon icra hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev aprelin 18-də bununla bağlı sərəncam imzalayıb.

Ölkə başçısı Cəbrayıl rayonu icra hakimiyyətinin başçısı Mahmud Quliyevi martın əvvəlində vəzifəsindən azad etmişdi.

Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev o zaman M.Quliyevin ölkə başçısının etibarını itirdiyini demişdi.

Ölkə başçısı Mahmud Quliyevi vəzifəsindən azad etməmişdən əvvəl sosial şəbəkələrdə onun görüntüləri yayılmışdı. Həmin videoda onun bir vətəndaşa kobud sözlər dediyi eşidilirdi. Sonradan icra başçısı mətbuata bildirmişdi ki, həmin vətəndaş onun qohumudur. Məqsədi qohumunu təhqir yox, tənbeh etmək olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG