Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 19:00

Komissiya Ermənistanı günahlandırır


-

“Beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş razılaşmaya uyğun olaraq tərəflərin nəzarəti altında olan hərbçilərin meyitlərinin qarşılıqlı repatriasiyasının pozulmasında məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aprelin 18-də yaydığı açıqlamada belə deyilir.

Açıqlamada hərbçi meyitlərinin müəyyən edilməsi, onlarla bağlı bilgilərin dəqiqləşdirilməsinin xronologiyası ifadə olunub. Komissiya bildirir ki, aprelin 17-də Azərbaycan hərbçisinin meyitinin qaytarılması haqqında Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə razılıq əldə olunsa da Ermənistan tərəfi razılaşmadan imtina edib.

“Bu hal Ermənistan tərəfinin yeni çirkin oyun planlaşdırmasının göstəricisi olmaqla yanaşı, beynəlxalq humanitar hüquq normalarının pozulmasının bariz nümunəsidir” - deyə komissiya bildirir.

Komissiya beynəlxalq təşkilatları itkin düşmüş insanların sonrakı taleyinin aydınlaşdırılması kimi humanitar problemin həllində prinsipiallıq nümayiş etdirməyə çağırıb.

Qurum, bir gün əvvəl də açıqlamasında qeyd edirdi ki, Ermənistan tərəfi bir Azərbaycan hərbiçisinin meyitinin onların əlində olduğunu bildirib. Həmin meyit aprelin 17-də geri qaytarılmalı idi. Ancaq sonradan Ermənistan tərəfi bundan imtina edib.

Bu gün Azərbaycan Müdafiə Nazirliyi də oxşar açıqlama vermişdi. Ancaq Müdafiə Nazirliyi bildirirdi ki, aprelin 19-da səhər cəbhənin təmas xəttində meyitlərin dəyişdirilməsi prosesi həyata keçiriləcək.

Bundan əvvəl tərəflər aprelin 9-u və 8-də döyüş meydanından Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT-in vasitəçiliyi ilə meyitlərin çıxarılmasına başlamışdılar. Aprelin 10-da da Ermənistan-Azərbaycan cəbhəsində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılmışdı.

Ancaq bu prosesdə neçə Azərbaycan hərbiçisinin meyitinin qaytarıldığı açıqlanmırdı.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən itkilər var. Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG