Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:18

ABŞ “İslam Dövləti” qrupu ilə mübarizəyə kömək üçün İraqa əlavə 200-dən çox əsgər və bir neçə “Apaçi” vertolyotu göndərəck.

Bunu aprelin 18-da Bağdada gözləniməz səfər edən ABŞ müdafiə naziri Ash Carter bəyan edib.

Səfər zamanı İraq qüvvələrinə əlavə yardım məsələsi müzakirə olunur.

Carter deyib ki, əlavə qüvvələr cəbhə xəttinə yaxın olan yerli qüvvələrə məsləhətlər verəcək.

217 əsgərlə ABŞ-ın İraqdakı qüvvələrinin sayı 4087 nəfərə çatacaq.

İraq qüvvələri hazırda Mosul şəhərini yaraqlılardan geri almağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG