Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:53

-

“Biz nəzərdə tutmuşuq ki, ilin sonuna qədər 5 yeni zirehli maşın istehsalını həyata keçirək".

Bunu müdafiə sənayesi naziri Yavər Camalov deyib. Həmin maşınların seriyalı istehsalına 2017-ci ildə başlanılması planlaşdırılır.

*Youtube Kanalımıza Abunə ol - Ölkədə baş verənlərdən xəbəriniz olsun

ANSPRESS-in xəbərinə görə, Malayziyada keçirilən sərgidə iştirak edən nazir qeyd edib ki, əsas məqsəd yeni silah növlərinin istehsalı, müxtəlif məsafəli yer-yer, hava-yer , hava-hava raketlərinin Azərbaycana gətirilməsi və onların istehsalının təşkil edilməsidir.

Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı işə başlayıb. Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.

Dörd gün davam edəcək sərgi çərçivəsində nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

Bakıda keçirilən Birinci Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi

Günün bütün mövzuları

XS
SM
MD
LG