Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:16

-

Aprelin 21-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astaraçay üzərindən dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. Körpü Azərbaycanın Astara rayonu ilə İran Astarası arasında yerləşəcək. Bu haqda İran Dəmir Yol İdarəsinin rəisi Möhsün Purseyid Ağayi deyib.

O, APA-ya bildirib ki, təməlqoyma mərasimində azərbaycanlı həmkarı Cavid Qurbanov, iqtisadiyyat naziri Şahin Mustafayev, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi iştirak edəcəklər.

Möhsün Purseyid Ağayi deyib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən, körpünün tikintisi 2016-cı ilin sonunadək başa çatacaq.

"Sevindirici haldır ki, körpünün tikilməsi üçün hazırlıq işləri proqrama uyğun olaraq davam etdirilir. Bu layihənin icrası ilə tranzit yüklərin daşınması hər iki tərəf üçün asanlaşacaq. Layihənin icrasından sonra İranın Bəndər-Abbas limanından Azərbaycan vasitəsilə Rusiyaya yüklər rahatlıqla daşınacaq", - deyə o bildirib.

XS
SM
MD
LG