Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:23

Susiyada müxalifət döyüşçüləri ölkənin şimal-qərbində hökumət qüvvələrinin mövqelərinə hücuma başlayıb.

Bu barədə aprelin 18-də suriyalı fəallar və üsyançı qruplar məlumat yayıb.

Londonda fəaliyyət göstərən Suriya insan haqları mərkəzi üsyançıların Latakiyə əyalətində hücuma keçdiklərini, həmçinin digər yaraqlıların hökumət qoşunlarının Hama əyalətindəki hərbi məntəqələrinə hücum etdiklərini xəbər verir.

Bundan əvvəl bir neçə üsyançı qrup atəşkəsin pozulmasına cavab olaraq hökumət qüvvələrinə qarşı yeni döyüşə başalayacaqlarını bəyan eləmişdilər.

“Azad Suriya ordusu” və “Əhrar əl Şam” qrupları birgə əməliyyat mərkəzi yaratdıqlarını deyirlər.

Fevralın sonlarında Suriyada atəşkəs razılaşması əldə olunsa da vaxtaşırı atəşkəsin pozulması barədə məlumatlar gəlir.

5 ildir ki, davam edən Suriya müharibəsndə azı 270 min adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG