Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:36

-

Güclü yağışlar nəticəsində yaranan sel suları Hacıqabul rayonunun bəzi kəndlərində fəsadlar törədib. Şamaxı ərazisində yağan intensiv yağışlar Hacıqabul rayonunda yerləşən Pirsaat su anbarında suyun səviyyəsini kritik səviyyəyə çatdırıb. Bu haqda APA xəbər verir.

Məlumatda bildirilir ki, rayonun Rəncbər kəndi istiqamətində bəzi əraziləri su basıb. Rayon Fövqəladə Hallar Komissiyası, Hacıqabul Meliorasiya və Su Təsərrüfatı İdarəsi fəsadların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

Proqnozlara görə, sel sularının bir müddət sonra daha da çoxalması gözlənilir. Su anbarında 30 santimetr ehtiyat səviyyə qalıb. Ehtiyac yaranarsa, su anbarında digər ehtiyat şlüzlər də açıla bilər.

Hazırda sel sularının qarşısının alınması üçün əlavə tədbirlərin görüldüyü bildirilir.

Son günlər intensiv yağışlar nəticəsində Lerik, Şamaxı və Ağsu rayonlarında da bəzi evləri sel basıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG