Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:30

-

"Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Aydın Xudiyevin aylardır davam edən məhkəməsi aprelin 18-də yekunlaşıb. Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunan təşkilat rəhbəri 7 il azadlıqdan məhrum edilib.

55 yaşlı Aydın Xudiyev ötən il Bakıda keçirilən birinci Avropa Oyunları dövründə həbs olunub. O, Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinə tədbirin keçirildiyi Olimpiya stadionunda partlayış olacağı haqda yalan məlumat verməkdə suçlanır.

Cinayət işinin materiallarında yazılıb ki, Aydın Xudiyev 2015-ci ilin iyunun 12-də - FHN-in 112 xidmətinə zəng edib, diktofonu qoşaraq kaseti səsləndirib.

"O, stadiona bomba qoyulduğunu və açılışı dayandırmalı olduqlarını deyib. İyunun 15-də əməliyyat keçirilib və Aydın Xudiyev saxlanılıb. Onun evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb", - ittiham aktında yazılıb.

Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Rasim Sadıqovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

Aydın Xudiyev məhkəmədə ifadəsində özünü təqsirli bilmədiyini deyib: "Bu ittihamı qətiyyən qəbul etmirəm, yalandır".

Hətta iş üzrə hal şahidi qismində tanınan Elnur Həsənov dindirilərkən Aydın Xudiyev bildirmişdi ki, bu adam nə hansısa hadisənin şahidi olub, nə də iş materiallarında iddia olunduğu kimi, axtarış prosesində iştirak edib.

Hökmdən narazı qalan Aydın Xudiyev və müdafiəçisi apellyasiya şikayəti verəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG